https://news.day.az/azerinews/1865983.html Bakıda bu ərazidə istinad divari çəkiləcək - SƏBƏB NƏDİR? - VİDEO Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının sakinləri sürüşmə təhlükəsindən narahatdırlar. Onların sözlərinə görə, ərazidə bir il ərzində iki dəfə torpaq sürüşməsi baş verib, lakin təhlükəsizliyin təmin edilməsi üçün ərazi lentlə işarələnməkdən başqa tədbir görülməyib.

Bakıda bu ərazidə istinad divari çəkiləcək - SƏBƏB NƏDİR? - VİDEO

Azərbaycanca, 10 октября 2026 13:02 (UTC +04:00) 253
Bakıda bu ərazidə istinad divari çəkiləcək

Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən yaşayış binasının sakinləri sürüşmə təhlükəsindən narahatdırlar. Onların sözlərinə görə, ərazidə bir il ərzində iki dəfə torpaq sürüşməsi baş verib, lakin təhlükəsizliyin təmin edilməsi üçün ərazi lentlə işarələnməkdən başqa tədbir görülməyib. Sakinlər sürüşmə nəticəsində avtomobillərə ziyan dəydiyini, uşaqların isə təhlükə ilə üzləşdiyini bildirirlər.

Day.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, aidiyyəti qurumlar əraziyə bir neçə dəfə baxış keçirsələr də, istinad divarının tikintisinə hələ başlanılmayıb. Yağışlı havaların yaxınlaşması isə sürüşmə riskini artırır. Onlar ərazidə təhlükəsizlik tədbirlərinin görülməsini və tikinti işlərinin sürətləndirilməsini tələb edirlər.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, ərazidə baş verən uçqundan sonra istinad divarının tikintisi ilə bağlı layihə təsdiqlənib və yaxın müddətdə icrasına başlanılması nəzərdə tutulur. Sakinlərə təhlükəli sahəyə yaxınlaşmamaq və ərazidən avtomobil dayanacağı kimi istifadə etməmək tövsiyə olunub.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости