https://news.day.az/azerinews/1866527.html Məktəbdə pəncərədən yıxılan şagirdin son vəziyyəti açıqlandı Bu gün saat 12:40 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Day.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məktəbdə pəncərədən yıxılan şagirdin son vəziyyəti açıqlandı

Azərbaycanca, 12 октября 2026 22:55 (UTC +04:00) 335
Məktəbdə pəncərədən yıxılan şagirdin son vəziyyəti açıqlandı

Bu gün saat 12:40 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Day.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ixtisaslı tibbi yardım üçün Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

"Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - deyə əlavə edilib.

Qeyd edək ki, 12 yaşlı qızın 94 nömrəli məktəbin 2-ci mərtəbəsindən yıxıldığı bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости