https://news.day.az/azerinews/1866469.html Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - VİDEO Azərbaycan dövləti məktəblərdə vahid formanın tətbiq ilə bağlı qərar qəbul edib.Bu da bütün dünyanın qəbul etdiyi şərtlərdir. Bunu vahid məktəbli geyimi ilə bağlı qərarla bağlı süni yaradılmış ajiotaja münasibət bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır? - VİDEO

Azərbaycanca, 12 октября 2026 18:08 (UTC +04:00) 274
Vahid məktəbli forması: Narazılıqların arxasında nə dayanır?

Azərbaycan dövləti məktəblərdə vahid formanın tətbiq ilə bağlı qərar qəbul edib.Bu da bütün dünyanın qəbul etdiyi şərtlərdir.

Bunu vahid məktəbli geyimi ilə bağlı qərarla bağlı süni yaradılmış ajiotaja münasibət bildirən Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

"Hesab edirəm ki, körpə uşaqlara hansısa dini təqlqinlər vasitəsilə onların dünyagörüşünə təsir göstərmək çox mənfi haldır. Azərbaycan dünyəvi dövlətdir. Burada hicaba qadağa yoxdur. Amma dünyəvi təhsil sistemində vahid məktəbli forması vacibdir. Hamımız birmənalı olaraq bunu qəbul etməliyik", - deyə o əlavə edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış yazıçı-dramaturq İlqar Fəhmi bildirib ki, vahid məktəbli forması ilə bağlı qərarın ətrafında hay-küy qaldıranlar 10-15 faizi bu məsələ aidiyyatı olan insanlardır.

"Qalan 90 faizin yarısı birbaşa Azərbaycanın əleyhinə işləyənlərdir, qalanları isə Azərbaycanda yaşasalar da, tək məqsədləri hansısa bir məqamı şişirdib, bunu hesabına sosial şəbəkədə reytinq qazanmaqdır", - deyə o vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости