https://news.day.az/azerinews/1867042.html Paytaxt sakinləri “Kəlağayı” yürüşünü rəğbətlə qarşılayır Milli adət-ənənələrimizi qorumaq, onlara önəm vermək mütləqdir. Day.Az xəbər verir ki, bunu "Kəlağayı" yürüşü ilə bağlı Trend-ə açıqlamasında Bakı sakini Tamara Ağayevə deyib. O bildirib ki, bu ənənələrin yaşadılması cəmiyyətdə hər hər kəs tərəfindən rəğbətlə qarşılanır.

Paytaxt sakinləri “Kəlağayı” yürüşünü rəğbətlə qarşılayır

Azərbaycanca, 14 октября 2026 17:23 (UTC +04:00) 298
Paytaxt sakinləri “Kəlağayı” yürüşünü rəğbətlə qarşılayır

Milli adət-ənənələrimizi qorumaq, onlara önəm vermək mütləqdir.

Day.Az xəbər verir ki, bunu "Kəlağayı" yürüşü ilə bağlı Trend-ə açıqlamasında Bakı sakini Tamara Ağayevə deyib.

O bildirib ki, bu ənənələrin yaşadılması cəmiyyətdə hər hər kəs tərəfindən rəğbətlə qarşılanır.

"Azərbaycan qadınına xüsusi gözəllik və zəriflik bəxş edən, əsrlərin sınağından çıxaraq bu günümüzə qədər gəlib çatan milli baş örtüyümüz kəlağayı hər bir Azərbaycan qadınına çox yaraşır.

Milli dəyərlərimizin təbliği və unudulmaması məqsədilə həyata keçirilən belə təşəbbüslər həm estetik baxımdan çox gözəl təsir bağışlayır, həm də köklərimizə olan bağlılığımızı bir daha nümayiş etdirir", - deyə o bildirib.

Xatırladaq ki, Qız qalasından "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə keçirilən yürüşdə bir qrup azərbaycanlı xanım milli baş örtüyü - kəlağayı ilə iştirak edir. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости