"Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir" - Vüsalə Sadıqova
"Kəlağayı qadın zərifliyinin, saflığın, təmizliyin və sülhün rəmzidir".
Day.Az xəbər verir ki, bunu "İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin sədri Vüsalə Sadıqova Bakıda keçirilən "Kəlağayı yürüşü"ndə Milli.Az-a açıqlama verərkən deyib.
V.Sadıqovanın sözlərinə görə, milli mədəni irsimizin qorunması və dünyaya düzgün şəkildə çatdırılması mühüm əhəmiyyət daşıyır:
"Kəlağayı qadın zərifliyinin rəmzidir, saflığın, təmizliyin və sülhün rəmzidir. Kəlağayı milli mədəni irsimizdir. Biz milli mədəni irsimizi qorumalı, mədəniyyətimizi dünyaya olduğu kimi, düzgün şəkildə çatdırmalıyıq ki, daha güclü dövlət olaq.
İstərdim ki, kəlağayımızdan və milli geyimlərimizdən yalnız xüsusi günlərdə, bayramlarda deyil, gündəlik həyatımızda da istifadə edək. Geyimlərimizin heç olmasa bir detalını gündəlik geyimimizdə əks etdirək. Biz milli geyimlərimizi qorumalı və gələcək nəsillərə çatdırmalıyıq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре