https://news.day.az/azerinews/1867112.html “Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova "Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir". Day.Az xəbər verir ki, bunu "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Bakıda keçirilən "Kəlağayı yürüşü" zamanı Milli.Az-a açıqlamasında bildirib.

“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” - Nailə İsmayılova

Azərbaycanca, 14 октября 2026 19:01 (UTC +04:00) 221
“Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir”

"Milli geyimlərimiz və kəlağayı milli-mənəvi dəyərlərimizin mühüm bir hissəsidir".

Day.Az xəbər verir ki, bunu "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova Bakıda keçirilən "Kəlağayı yürüşü" zamanı Milli.Az-a açıqlamasında bildirib.

N.İsmayılovanın sözlərinə görə, milli irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın üzərinə düşən vəzifədir:

"Bu gün kəlağayı ilə bağlı çox gözəl bir yürüşdə iştirak etdik. Eyni zamanda milli qadın geyimlərimizi nümayiş etdirdik. Bunların hər ikisi milli-mənəvi dəyərlərimizin bir parçasıdır. Bu dəyərləri yaşatmaq üçün bizim də üzərimizə düşən vəzifələr və öhdəliklər var. Mən həm bir vətəndaş, həm də vətəndaş cəmiyyətinin üzvü olaraq bu təbliğatın aparılması üçün əlimdən gələni etməyə çalışıram".

Müsahibimiz qeyd edib ki, bəzən gündəlik həyatda milli geyimlərimizi geyinməyə utanarıq:

"Amma mənə elə gəlir ki, burada utanılacaq heç nə yoxdur. Bu, köklərimizdən gələn, nənələrimizdən, ulu nənələrimizdən bizə miras qalan milli-mənəvi dəyərdir. Bu irs nəsildən-nəslə ötürülməlidir. Düşünürəm ki, biz artıq bunu bacarmışıq. Belə bir yürüşdə ikinci dəfədir iştirak edirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости