https://news.day.az/azerinews/1867114.html Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama "Kəlağayının və milli geyimlərimizin təbliği, xüsusilə də gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır". Day.Az xəbər verir ki, bunu "Kəlağayi yürüşü"də İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova Milli.Az-a açıqlamasında deyib.

Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır? – İctimai Birlik sədrindən açıqlama

Azərbaycanca, 14 октября 2026 20:40 (UTC +04:00) 240
Milli geyimlərimiz və kəlağayı gənc nəslə necə çatdırılmalıdır?

"Kəlağayının və milli geyimlərimizin təbliği, xüsusilə də gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır".

Day.Az xəbər verir ki, bunu "Kəlağayi yürüşü"də İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova Milli.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, kəlağayı Azərbaycan qadınının zərifliyini, milli adət-ənənələrimizi və əsrlərdən süzülüb gələn sənət ənənələrimizi özündə əks etdirir:

"Bugünkü tədbirdə iştirak etməkdən məmnunuq. Milli geyimlərimizin, xüsusilə də kəlağayının tanıdılması, təbliği və gənc nəslə çatdırılması çox mühüm məqsədlərdən biridir. Kəlağayının milli geyimlərimizdə xüsusi yeri var. O, Azərbaycan qadınının zərifliyinin, milli adət-ənənələrimizin və əsrlərdən süzülüb gələn sənət ənənələrimizin təcəssümüdür".

Qeyd edib ki, belə tədbirlərin əsas məqsədi gənclər arasında incəsənətin və mədəniyyətin yaşadılması, milli-mənəvi dəyərlərin təbliği, eləcə də dövlətçilik ənənələrinin inkişafına və möhkəmlənməsinə töhfə verməkdir:

"Əsas məqsədimiz kəlağayının və milli geyimlərimizin təbliği vasitəsilə keçmişlə gələcək arasında körpü yaratmaq, milli kimliyimizin qorunmasına töhfə verməkdir. Təəssüf ki, bu cür tədbirlər il ərzində çox az keçirilir. Hesab edirəm ki, belə tədbirlərin sayı artırılmalıdır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости