https://news.day.az/azerinews/1867546.html Radarı keçən kimi sürəti artıran sürücüləri nə gözləyir? - VİDEO Yollarda radara yaxınlaşarkən sürəti azaldıb, onu keçdikdən sonra yenidən artırmaq təhlükəli davranışdır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu cür hallar sürücünün idarəetməni itirməsinə və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Radarı keçən kimi sürəti artıran sürücüləri nə gözləyir? - VİDEO

Azərbaycanca, 16 октября 2026 15:34 (UTC +04:00) 292
Radarı keçən kimi sürəti artıran sürücüləri nə gözləyir?

Yollarda radara yaxınlaşarkən sürəti azaldıb, onu keçdikdən sonra yenidən artırmaq təhlükəli davranışdır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu cür hallar sürücünün idarəetməni itirməsinə və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Sürücülər yolun bütün hissələrində müəyyən edilmiş sürət həddinə əməl etməlidirlər.

Day.Az xəbər verir ki, Azərbaycanda sürət hədləri yolun kateqoriyasına və hərəkət şəraitinə uyğun müəyyən edilir. Ümumi qaydaya əsasən, ödənişli avtomobil yollarında sürət həddi saatda 130, digər avtomobil yollarında 110, yaşayış məntəqələrindən kənarda 90, yaşayış məntəqələrində isə 60 kilometrdir. Yol nişanları ilə müəyyən ərazilərdə fərqli sürət hədləri tətbiq oluna bilər.

Ölkədə sürətə nəzarət stasionar radarlar və patrul avtomobillərindəki mobil sistemlər vasitəsilə həyata keçirilir. Bu sistemlər nəqliyyat vasitəsinin sürətini müəyyən nöqtədə ölçür. Mütəxəssislər sürücülərə yalnız radar yaxınlığında deyil, bütün yol boyu sürət həddinə riayət etməyi tövsiyə edirlər. Ani diqqətsizlik və sürət həddinin aşılması ağır nəticələrə yol aça bilər.

Ətraflı "İCTİMAİ TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости