Kredit götürən şəxs ölərsə, bank vərəsələrdən pul tələb edə bilərmi? - VİDEO
Kredit götürən şəxsin vəfat etməsi onun banka olan borcunun avtomatik silinməsi demək deyil. Borcun taleyi kredit müqaviləsinin şərtlərindən, həyat sığortasının mövcudluğundan və digər hüquqi hallardan asılıdır. Əsas məsələlərdən biri kredit öhdəliyinin ailə üzvlərinə və ya vərəsələrə keçib-keçməməsidir.
Day.Az xəbər verir ki, kredit həyat sığortası borcalanın vəfatı və ya müqavilədə nəzərdə tutulan hallarda əmək qabiliyyətini itirməsi nəticəsində yaranan maliyyə risklərini azalda bilər. Bu zaman sığorta şirkəti müqavilənin şərtlərinə uyğun olaraq qalan kredit borcunu ödəyə bilər.
Sığorta haqqı kreditin məbləğindən, müddətindən və borcalanın yaşından asılı olaraq dəyişir. Məsələn, 30-40 yaşlı şəxs üçün 10 min manatlıq kredit üzrə sığorta haqqı 20-30 manat təşkil edə bilər. Bununla belə, ödənişin həyata keçirilməsi sığorta müqaviləsinin şərtlərindən və istisnalardan asılıdır.
Ətraflı "APA TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре