Bu ərazidə söküntü olacaq - Kompensasiya məsələsi GÜNDƏMDƏ - VİDEO
Nəsimi rayonunda qəzalı və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur. Söküntü işləri Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək. Layihə çərçivəsində bəzi ərazilərdə dövlət hesabına abadlıq işləri aparılacaq, digərlərində isə investorlar tərəfindən yeni binalar tikiləcək.
Day.Az xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, investor hesabına həyata keçirilən layihələrdə sakinlərə yeni mənzillər təklif olunacaq. Dövlət hesabına söküntü və abadlıq aparılan ərazilərdə yaşayanlara isə kompensasiya ödəniləcək.
İlkin məlumata görə, kompensasiyanın məbləği ərazidən və əmlakın dəyərindən asılı olaraq hər kvadratmetr üçün təxminən 2 000-3 000 manat arasında dəyişə bilər. Mərkəzə yaxın ərazilərdə daha yüksək, kənar küçə və dalanlarda isə nisbətən aşağı məbləğ nəzərdə tutulur. Konkret ödənişlər qiymətləndirmə işlərindən və layihənin şərtlərindən sonra müəyyənləşdiriləcək.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре