https://news.day.az/azerinews/1867626.html Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Azərbaycanca, 16 октября 2026 18:21 (UTC +04:00) 263
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb,

Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости