https://news.day.az/azerinews/1868069.html Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb Bu ilin yanvar - oktyabr ayları ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən qeydiyyat proseduruna müraciət edilmiş dərman vasitələrinə 1 136 vəsiqə verilib. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Azərbaycanca, 19 октября 2026 15:33 (UTC +04:00) 254
Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Bu ilin yanvar - oktyabr ayları ərzində Analitik Ekspertiza Mərkəzi tərəfindən qeydiyyat proseduruna müraciət edilmiş dərman vasitələrinə 1 136 vəsiqə verilib.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onlardan 145-i orijinal dərman vasitəsidir və aralarında onkolji xəstəliklərlə bağlı dərman vasitələri də var.

"Qeydiyyatdan keçən preparatlar arasında onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri də mövcuddur", - deyə AEM-in məlumatında bildirilib.

Qeyd edək ki, Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır. Generiklər - orijinal dərman vasitələrinə müstəsna patent hüquqlarının müddəti bitdikdən sonra digər istehsalçılar tərəfindən həmin tərkibdə, dozada və formada istehsal edilmiş dərman vasitələrinin analoqları da dövlət qeydiyyatına alınır.

Bütün bu sadalananlar "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 6.3.-cü maddəsi ilə tənzimlənir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости