https://news.day.az/azerinews/1868092.html Sükan arxasına keçməzdən əvvəl bunu bilin - Sizə də bu cərimə yazıla bilər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməyə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Sükan arxasına keçməzdən əvvəl bunu bilin - Sizə də bu cərimə yazıla bilər

Azərbaycanca, 19 октября 2026 17:13 (UTC +04:00) 269
Sükan arxasına keçməzdən əvvəl bunu bilin

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməyə görə 40 manat məbləğində cərimə nəzərdə tutulur. Bu xəta aşkarlandığı zaman, eyni məcəllənin 96.1.1-ci maddəsinə uyğun olaraq, sürücüdə və ya onunla birlikdə gedən sərnişinlərdə avtomobili idarə etmək (sürücülük vəsiqəsi) və ya ona sahiblik hüququ (etibarnamə və s.) olmadıqda nəqliyyat vasitəsi müvəqqəti olaraq cərimə duracağına (meydançasına) yerləşdirilir. Lakin avtomobilin qanuni sahibi və ya etibarnaməsi olan şəxs duracağa gələrək müvafiq sənədləri təqdim etdikdə, maşın heç bir əlavə ödəniş edilmədən dərhal sahibinə təhvil verilir.

Əgər şəxs avtomobili etibarnaməsiz idarə etməklə yanaşı, ümumiyyətlə sürücülük hüququndan məhrumdursa və ya sürücülük vəsiqəsi yoxdursa, bu halda İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi tətbiq olunur və sürücü 200 manat məbləğində cərimə edilir. Bu zaman da nəqliyyat vasitəsi birbaşa cərimə meydançasına aparılır. Əlavə olaraq, etibarnaməsi olmayan şəxs avtomobili idarə edərkən nəqliyyat vasitəsinin qanuni sahibi (mülkiyyətçisi) yanında deyilsə və maşını sürücülük hüququ olmayan şəxsə verməyə görə sahibinə də İXM-nin 335-ci maddəsi ilə 60 manat cərimə yazılır. 

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости