https://news.day.az/azerinews/1868614.html İş yerində bağça ideyası: Azərbaycanda reallaşa bilərmi? - VİDEO Valideynlərin işə gedərkən qarşılaşdığı əsas problemlərdən biri uşaqlarını etibar edəcəkləri yer tapmaqdır. Dayə tutmaq hər ailənin büdcəsinə uyğun gəlmir, özəl bağçalar isə hər zaman əlçatan deyil. Dövlət bağçalarında yer çatışmazlığı da problemi daha da çətinləşdirir.

İş yerində bağça ideyası: Azərbaycanda reallaşa bilərmi? - VİDEO

Azərbaycanca, 21 октября 2026 15:42 (UTC +04:00) 245
İş yerində bağça ideyası:

Valideynlərin işə gedərkən qarşılaşdığı əsas problemlərdən biri uşaqlarını etibar edəcəkləri yer tapmaqdır. Dayə tutmaq hər ailənin büdcəsinə uyğun gəlmir, özəl bağçalar isə hər zaman əlçatan deyil. Dövlət bağçalarında yer çatışmazlığı da problemi daha da çətinləşdirir. Bəs iş yerlərində uşaq bağçalarının yaradılması bu məsələnin həlli ola bilərmi?

Day.Az xəbər verir ki, təhsil eksperti Səbuhi Abdullayev xüsusilə çoxsaylı əməkdaşı olan müəssisələrdə uşaqlar üçün xüsusi bölmələrin və bağçaların yaradılmasının valideynlərə rahatlıq gətirə biləcəyii hesab edir. Bu model həm valideynlərin iş zamanı övladlarına görə narahatlığını azalda, həm də uşaqların təhlükəsiz şəraitdə qalmasına imkan yarada bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işəgötürənlər məktəbəqədər təhsil müəssisələrinin yaradılması imkanlarını qiymətləndirə bilərlər. Müəssisələrdə belə şəraitin yaradılması mövcud infrastruktur və maddi imkanlardan asılıdır.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости