https://news.day.az/azerinews/1868631.html Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Day.Az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Azərbaycanca, 21 октября 2026 16:22 (UTC +04:00) 277
Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib.

Day.Az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisinin Ağmaşenebeli prospekti 73a və Tsereteli prospekti 105 ünvanlarında, eləcə də Rustavinin Dostluq prospekti 35a ünvanında havanın keyfiyyəti "pis" kimi qiymətləndirilib.

Qardabaninin Tazakendi (Təzəkənd) kəndində isə vəziyyət daha ağırdır. Buradakı monitorinq stansiyasının göstəricilərinə əsasən, havanın keyfiyyəti "çox pis" səviyyəsində qeydə alınıb.

Agentliyin məlumatında havada PM10 və PM2.5 ölçülü bərk hissəciklərin konsentrasiyasının artdığı bildirilir.

Xatırladaq ki, Təzəkənd Qardabani munsipalitetində yerləşir. Mindən çox sakini olan kəndin sakinlərinin 98%-i etnik azərbaycanlılardır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости