https://news.day.az/azerinews/1868610.html Türk dövləti əlifbasını dəyişir - Qanun imzalandı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin latın qrafikalı əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Pressa.uz" məlumat yayıb. Yeni əlifbanın 28 hərf və bir apostrofdan ibarət olacağı bildirilir.

Türk dövləti əlifbasını dəyişir - Qanun imzalandı

Azərbaycanca, 21 октября 2026 15:34 (UTC +04:00) 281
Türk dövləti əlifbasını dəyişir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin latın qrafikalı əlifbasının təkmilləşdirilməsini nəzərdə tutan qanunu imzalayıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Pressa.uz" məlumat yayıb.

Yeni əlifbanın 28 hərf və bir apostrofdan ibarət olacağı bildirilir. Dörd hərf birləşməsi yeni hərflərlə əvəzlənəcək: "G'" - "Ğ", "O'" - "Ö", "Sh" - "Ş", "Ch" - "Ç". Həmçinin "Ng" birləşməsi əlifbadan çıxarılacaq.

Məlumata görə, vətəndaşların adlarını pasportlarda, sürücülük vəsiqələrində və digər sənədlərdə dərhal dəyişməsinə ehtiyac yoxdur.

Xatırtladaq ki, uzun illər boyu ölkədə həm kirill, həm də latın əlifbaları yanaşı istifadə olunsa da, 2023-cü il yanvarın 1-dən bütün dövlət qurumlarında rəsmi sənədləşmənin tam olaraq latın qrafikasına keçirilməsi prosesi sürətlənib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости