https://news.day.az/azerinews/1869126.html Evlərdə qazla işləyən istilik sistemləri ləğv ediləcək? - Yeni plan - VİDEO Azərbaycanın uzunmüddətli aşağı karbonlu inkişaf strategiyasına əsasən, 2035-ci ilədək yaşayış və kommersiya binalarında qazla işləyən istilik sistemlərinin elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur.

Evlərdə qazla işləyən istilik sistemləri ləğv ediləcək? - Yeni plan - VİDEO

Azərbaycanca, 23 октября 2026 14:56 (UTC +04:00) 349
Evlərdə qazla işləyən istilik sistemləri ləğv ediləcək?

Azərbaycanın uzunmüddətli aşağı karbonlu inkişaf strategiyasına əsasən, 2035-ci ilədək yaşayış və kommersiya binalarında qazla işləyən istilik sistemlərinin elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur. Sənəddə bütün yeni binalarda elektrik istilik nasoslarının quraşdırılması ilə bağlı qaydaların müəyyənləşdirilməsi də planlaşdırılır.

Day.Az xəbər verir ki, isitmə sistemləri üzrə mütəxəssislər bildirirlər ki, bu keçid vətəndaşlar üçün əlavə quraşdırma və elektrik xərcləri yarada, elektrik kəsintiləri zamanı isə istilik təchizatında problemlərə səbəb ola bilər. Ekoloqlar isə istilik nasoslarının ənənəvi qaz sistemləri ilə müqayisədə daha səmərəli olduğunu və karbon emissiyalarının azaldılmasına kömək edəcəyini vurğulayırlar.

Strategiyaya əsasən, 2060-cı ilədək binaların bərpa olunan enerji ilə işləyən elektrik istilik nasosları ilə təchiz edilməsi hədəflənir. Mütəxəssislər bu keçidin böyük investisiyalar və texniki infrastrukturun yenilənməsini tələb etdiyini, eyni zamanda əhalinin əlavə xərclərinin də nəzərə alınmalı olduğunu bildirirlər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости