https://news.day.az/azerinews/1869327.html Avtobuslar gecikir, sərnişinlər əziyyət çəkir: Bəs səbəb nədir? - VİDEO Axşam saatlarında avtobus dayanacaqlarında sıxlıq artır, sərnişinlər isə uzun müddət nəqliyyat gözləməli olurlar. Avtobusa minmək basabasa çevrilir, bəziləri isə dolu nəqliyyat vasitələrinə minə bilmədən dayanacaqda qalır.

Avtobuslar gecikir, sərnişinlər əziyyət çəkir: Bəs səbəb nədir? - VİDEO

Azərbaycanca, 24 октября 2026 14:18 (UTC +04:00) 278
Avtobuslar gecikir, sərnişinlər əziyyət çəkir:

Axşam saatlarında avtobus dayanacaqlarında sıxlıq artır, sərnişinlər isə uzun müddət nəqliyyat gözləməli olurlar. Avtobusa minmək basabasa çevrilir, bəziləri isə dolu nəqliyyat vasitələrinə minə bilmədən dayanacaqda qalır. Sərnişinlər xüsusilə pik saatlarda avtobus intervallarının uzanmasından və marşrutların sayının tələbatı ödəməməsindən narazıdırlar.

Day.Az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, bəzi marşrutlarda avtobusları 20-30 dəqiqə, hətta daha çox gözləmək lazım gəlir. Bu isə işə və dərsə gecikmələrə, evə qayıdarkən əlavə vaxt itkisinə səbəb olur. Sürücülər gecikmələri yollardakı sıxlıq, təmir işləri və bəzi istiqamətlərdə hərəkətin çətinləşməsi ilə əlaqələndirirlər.

Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, avtobusların hərəkəti müəyyən edilmiş intervallara uyğun tənzimlənir. Bununla belə, pik saatlarda nəqliyyat sıxlığı gecikmələrə səbəb ola bilər. Daşıyıcılara avtobusların sayının sərnişin tələbatına uyğunlaşdırılması və marşrutların nizamlı fəaliyyətinin təmin edilməsi tapşırılıb.

Ətraflı "İctimai TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости