https://news.day.az/azerinews/1869323.html Bu yolda gizlənən təhlükə avtomobillərə ziyan vurur - VİDEO Son vaxtlar Qubada yolun hərəkət hissəsində yerləşən və səviyyədən 15-20 santimetr aşağıda qalan kanalizasiya lyukları sürücülər üçün ciddi problem yaradır. Bu, avtomobillərin təkər və disklərinin zədələnməsinə, texniki nasazlıqlara və qəza riskinin artmasına səbəb olur.

Bu yolda gizlənən təhlükə avtomobillərə ziyan vurur - VİDEO

Azərbaycanca, 24 октября 2026 14:04 (UTC +04:00) 322
Bu yolda gizlənən təhlükə avtomobillərə ziyan vurur

Son vaxtlar Qubada yolun hərəkət hissəsində yerləşən və səviyyədən 15-20 santimetr aşağıda qalan kanalizasiya lyukları sürücülər üçün ciddi problem yaradır. Bu, avtomobillərin təkər və disklərinin zədələnməsinə, texniki nasazlıqlara və qəza riskinin artmasına səbəb olur. Xüsusilə gecə saatlarında və yağışlı havada lyukları görmək çətinləşir.

Day.Az xəbər verir ki, sürücülərin sözlərinə görə, bəzən qarşıdan gələn avtomobillərə görə lyuklardan yayınmaq mümkün olmur. Nəticədə təkərlər zədələnir, avtomobillərin təmiri və təkərlərin tənzimlənməsi əlavə xərc yaradır. Onlar problemin qısa zamanda aradan qaldırılmasını istəyirlər.

Məsələ ilə bağlı Quba Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yaxın günlərdə şəhərin küçə və prospektlərində kanalizasiya lyukları yolun səviyyəsi ilə eyniləşdiriləcək. Hazırda bununla bağlı hazırlıq işləri aparılır.

Ətraflı "AZTV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости