https://news.day.az/azerinews/1869218.html Qazaxda TIR yanıb Qazaxda yanğın hadisəsi baş verib. AZƏRTAC-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki 1994-cü il təvəllüdlü N.Mehdiyev idarə etdiyi TIR markalı yük avtomobili ilə hərəkətdə olan zaman avtomobil anidən alışıb.

Qazaxda TIR yanıb

Azərbaycanca, 23 октября 2026 20:10 (UTC +04:00) 310
Qazaxda TIR yanıb

Qazaxda yanğın hadisəsi baş verib.

AZƏRTAC-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki 1994-cü il təvəllüdlü N.Mehdiyev idarə etdiyi TIR markalı yük avtomobili ilə hərəkətdə olan zaman avtomobil anidən alışıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, yük avtomobilinin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости