https://news.day.az/azerinews/1869586.html Qızıl aldı, ziyana düşdü - VİDEO Zərgərin aldığı qızılın içərisindən mənşəyi bilinməyən material çıxıb. O, bir ovuc qızılı tək-tək kəsib, içərisini təmizləyib. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, belə bir video sosial şəbəkələrdə yayılıb. Həmin görüntüdə zərgər iddia edir ki, ona xeyli ziyan dəyib.

Qızıl aldı, ziyana düşdü - VİDEO

Azərbaycanca, 25 октября 2026 22:35 (UTC +04:00) 320
Qızıl aldı, ziyana düşdü

Zərgərin aldığı qızılın içərisindən mənşəyi bilinməyən material çıxıb. O, bir ovuc qızılı tək-tək kəsib, içərisini təmizləyib.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, belə bir video sosial şəbəkələrdə yayılıb. 

Həmin görüntüdə zərgər iddia edir ki, ona xeyli ziyan dəyib.

Qızıl satışı ilə məşqul olan Aynur Cavadova deyir ki, bu cür fırıldağa hər kəs yox, əsasən, pərakəndə qızıl satanlar əl atır. Onun sözlərinə görə, son vaxtlar belə hallar çoxalıb. 

Satıcılar deyirlər ki, bəzi şəxslər çəkini artıq göstərmək üçün fərqli üsullara əl atırlar.

Satıcıların sözlərinə görə, qızıl alan zaman həm qramında, həm də qaşlarında aldanmamaq üçün onu bir neçə yerdə yoxlatmaq lazımdır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости