Arzuxan Əlizadənin oğlu həbs edilib
Deputat Arzuxan Əlizadənin oğlu Əhməd Arzuxan oğlu Əli-zadə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Day.Az Trend-ə xəbər verir ki, Nizami Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilib.
Əhməd Əli-zadənin həbsdə saxlanılma müddətinin əvvəli 2026-cı il oktyabrın 24-dən hesablanıb.
O, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, habelə 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Qeyd edək ki, Bakının Xətai rayonunun General Şıxlinski küçəsində yerləşən "Ab-Hava" kafesində baş verən kütləvi dava zamanı bir nəfər bıçaq xəsarətindən həyatını itirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре