Yollarda yeni zolaq? - Təhlükəsizlik zolağından kimlər istifadə edə bilər? - RƏSMİ
Dünyanın bir çox ölkələrində operativ nəqliyyat vasitələrinin fövqəladə hallar üçün hərəkətini nəzərdə tutan "təhlükəsizlik zolağı" mövcuddur. Bəs ölkəmizdə belə yollar mövcuddurmu?
Day.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır.
Bildirilib ki, xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, operativ nəqliyyat vasitələri dedikdə, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan avtomobillər nəzərdə tutulur.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре