https://news.day.az/azerinews/1869749.html Müdafiə xərclərimiz ötən illə müqayisədə necə dəyişir? Müdafiə xərclərimiz ötən illə müqayisədə necə dəyişir?Azərbaycanın müdafiə və milli təhlükəsizlik sahəsinə 2027-ci ildə 8 milyard 816,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Müdafiə xərclərimiz ötən illə müqayisədə necə dəyişir?

Azərbaycanca, 26 октября 2026 17:36 (UTC +04:00) 316
Müdafiə xərclərimiz ötən illə müqayisədə necə dəyişir?

Müdafiə xərclərimiz ötən illə müqayisədə necə dəyişir?Azərbaycanın müdafiə və milli təhlükəsizlik sahəsinə 2027-ci ildə 8 milyard 816,4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Day.Az xəbər verir ki, Trend-in araşdırmasına görə, bu, 2026-cı il üçün təsdiqlənmiş 8 milyard 714,8 milyon manatla müqayisədə 101,6 milyon manat və ya təxminən 1,2 faiz çoxdur.

Milli Məclisin rəsmi saytında dərc olunmuş 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, müdafiə və milli təhlükəsizlik xərclərinin əsas istiqamətləri müdafiə qüvvələri, milli təhlükəsizlik, sərhəd xidməti və bu sahələrə aid digər fəaliyyətlərdir.

Müdafiə qüvvələri üzrə 2027-ci ildə 3 milyard 369,6 milyon manat vəsait ayrılması planlaşdırılır. Bu, 2026-cı ildə nəzərdə tutulan 3 milyard 30,7 milyon manatla müqayisədə 338,8 milyon manat və ya 11,2 faiz çoxdur.

Milli təhlükəsizlik xərclərinin 479,2 milyon manat olması proqnozlaşdırılır. Bu istiqamətə 2026-cı ildə ayrılmış 480,6 milyon manatla müqayisədə 1,4 milyon manat və ya təxminən 0,3 faiz az vəsait nəzərdə tutulur.

Sərhəd xidməti üzrə xərclərin 2027-ci ildə 554 milyon manata çatdırılması planlaşdırılır. 2026-cı ildə bu istiqamət üçün 541,6 milyon manat ayrıldığından artım 12,3 milyon manat və ya 2,3 faiz təşkil edir.

Müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üzrə 2027-ci ildə 4 milyard 413,7 milyon manat vəsait nəzərdə tutulur. Bu, 2026-cı ilin 4 milyard 656,7 milyon manatlıq göstəricisindən 243 milyon manat və ya 5,2 faiz azdır.

Həmin istiqamətin tərkibində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərin 2027-ci ildə 4 milyard manat olması nəzərdə tutulur. 2026-cı ildə bu məqsədlər üçün 4,5 milyard manat ayrıldığından vəsait 500 milyon manat və ya 11,1 faiz azaldılır.

Beləliklə, müqayisə göstərir ki, 2027-ci ildə müdafiə qüvvələri və sərhəd xidməti üzrə xərclərin artırılması, milli təhlükəsizlik, müdafiə və milli təhlükəsizlik sahəsinə aid digər fəaliyyətlər, eləcə də xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə vəsaitlərin azaldılması planlaşdırılır. Ümumi müdafiə və milli təhlükəsizlik xərclərinin isə artacağı gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости