İkinci əl geyim almaq nə üçün təhlükəlidir? - Səbəb açıqlandı - VİDEO
İnternet üzərindən ikinci əl geyimlərin satışı son dövrlər geniş yayılıb. Münasib qiymətlər alıcıların marağını artırsa da, bu geyimlərin gigiyenik vəziyyəti və sağlamlıq üçün mümkün riskləri sual doğurur.
Day.Az-ın məlumatına görə, dermatoloqlar bildirirlər ki, lazımi qaydada təmizlənməyən geyimlər bədən biti, qoturluq və göbələk infeksiyalarının yayılmasına, həmçinin allergik dəri reaksiyalarına səbəb ola bilər. Xüsusilə fərdi qaydada satılan geyimlərin hansı şəraitdə saxlanıldığı və təmizləndiyi hər zaman məlum olmur.
Mütəxəssislər ikinci əl geyimləri geyinməzdən əvvəl yumağı və tam qurulamağı tövsiyə edirlər. Gigiyena qaydalarına əməl etmək mümkün riskləri azaltmağa kömək edir. Beləliklə, büdcəyə qənaət etməklə yanaşı, sağlamlığın qorunmasına da diqqət yetirmək vacibdir.
Ətraflı "ATV"-nin videomaterialında:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре