https://news.day.az/azerinews/1869684.html Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Azərbaycanca, 26 октября 2026 14:33 (UTC +04:00) 325
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir.

Day.Az xəbər verir ki, Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlət reyestrində qeydiyyatdan keçmiş və rəsmi idxal edilmiş DV-nin hər bir seriyası AEM-nin laboratoriyasında yoxlanıldığı üçün, müsbət analiz nəticəsi verilmiş prepratların (düzgün saxlanma şəraitinə riayət edilməsi şərtilə) keyfiyyətində uyğunsuzluğun olması qeyri-mümkündür.

Bildirilib ki, qeyri-qanuni yollarla idxal edilmiş DV-nin qablaşması, markalanması, xarici görünüşü orijinal məhsulu təkrar etsə də, istehsal sahəsi, nəqliyyat üsulları və saxlanma şəraiti naməlum olduğundan istifadə olunması təhlükəsiz hesab edilmir.

"AEM-nin laboratoriyasında istehsalçı tərəfindən təqdim edilmiş normativ sənəddə verilmiş sınaq üsuluna əsasən DV-nin mikrobioloji təmizliyi, sterilliyi, tərkibindəki fəal təsiredici maddələrin mövcudluğu və qablaşmasının üzərində göstərilmiş dozalara uyğunluğu fiziki-kimyəvi və instrumental üsullarla yoxlanılır

Əldə edilmiş dərman vasitəsinin görünüşü ilə bağlı hər hansı şübhələr mövcud olarsa, qəbulunu saxlamaq və aidiyyatı üzrə quruma müraciət etməlidir",- deyə qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости