https://news.day.az/azerinews/1869787.html Ölkədə "otopleniya"sı olan neçə bina var? - AÇIQLANDI Yeni mövsümdə Bakı və regionlarda 549 qazanxana vasitəsilə təxminən 3 800 yaşayış binasının, həmçinin təhsil, səhiyyə və digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Ölkədə "otopleniya"sı olan neçə bina var? - AÇIQLANDI

Azərbaycanca, 26 октября 2026 19:32 (UTC +04:00) 331
Ölkədə "otopleniya"sı olan neçə bina var?

Yeni mövsümdə Bakı və regionlarda 549 qazanxana vasitəsilə təxminən 3 800 yaşayış binasının, həmçinin təhsil, səhiyyə və digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, "Azəristiliktəchizat" ASC 2026-2027-ci illər payız-qış mövsümünə hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.

 

Məlumata əsasən, 2026-cı il martın 1-dən oktyabrın 20-dək istilik xidmətinə görə hesablanma aparılan abonentlərin ümumi sayı 178 029 olub. Onlardan 174 788-i əhali, 2 576-sı kommersiya, 665-i isə büdcə təşkilatı abonentidir.

Xidmət göstərilən obyektlər sırasında 449 təhsil müəssisəsi və 152 səhiyyə obyekti var.

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC istilik xidmətlərinin verilməsinə noybarın 15-dən başlayacaq və 15 aprel tarixinə qədər davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости