https://news.day.az/azerinews/1852305.html Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb - VİDEO Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 4 avqust 2026-cı il tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub. Bu barədə nazirliyin rəsmi internet saytında məlumat dərc edilib.

Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb - VİDEO

Azərbaycanca, 5 августа 2026 20:10 (UTC +04:00) 273
Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışlarına başlanılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 4 avqust 2026-cı il tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə nazirliyin rəsmi internet saytında məlumat dərc edilib.

Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

 

"Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости