https://news.day.az/azerinews/1853631.html Bakıda oğurluq edən şəxslər saxlanılıblar Bakının Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Yasamal rayonunda zərərçəkənlərə məxsus 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub:  

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Azərbaycanca, 12 августа 2026 18:37 (UTC +04:00) 166
Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Bakının Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda zərərçəkənlərə məxsus 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub:

 

"Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N.Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib.

Bundan başqa Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü.Şərifov və T.Salmanov da müəyyən edilərək saxlanılıblar.

Faktlar üzrə araşdırmalar davam etdirilir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости