Azərbaycan ilə Özbəkistanın Prezidentləri və Birinci xanımları Buxara şəhərindəki “Ark” qalası ilə tanış olublar - FOTO - VİDEO
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində "Ark" qalası ilə tanış olublar.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, "Ark" qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII-XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре