https://news.day.az/azerinews/1855986.html Motosiklet qaçıran və oğurluq edənlər saxlanılıblar Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Motosiklet qaçıran və oğurluq edənlər saxlanılıblar

Azərbaycanca, 25 августа 2026 17:32 (UTC +04:00) 114
Motosiklet qaçıran və oğurluq edənlər saxlanılıblar

Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 2000 manat dəyərində motosikletinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən N.Əliyev saxlanılıb.

Day.Az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində də talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək içərisində nağd pul, bank kartları və şəxsi sənədləri olan çantasının oğurlandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən Ə.Əliyev də saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости