https://news.day.az/azerinews/1856020.html Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib - FOTO Azərbaycan "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nda təmsil olunub. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nun spikerlərindən biri olub.

Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib - FOTO

Azərbaycanca, 25 августа 2026 19:26 (UTC +04:00) 142
Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib

Azərbaycan "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nda təmsil olunub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nun spikerlərindən biri olub.

Vüsal Xəlilov "Sərhədlərin tənzimlənməsi - süni intellekt və tokenləşdirmə" mövzusunda keçirilən müzakirə panelində çıxışı zamanı maliyyə sektorunda sürətlə inkişaf edən texnologiyaların yaratdığı yeni imkanlar və çağırışlar, tənzimləyici yanaşmaların müasir texnoloji trendlərə uyğunlaşdırılması, həmçinin süni intellekt və tokenləşdirmənin maliyyə xidmətlərinin gələcəyinə təsiri barədə fikirlərini bölüşüb.

O, Azərbaycanda maliyyə texnologiyalarının təşviqi, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və yeni innovasiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

  • Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib
  • Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib
  • Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib
  • Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости