https://news.day.az/azerinews/1856153.html
Balakəndə avtomobil dirəyə çırpıldı - Xəsarət alanlar var
Balakəndə minik avtomobili dirəyə çırpılıb, ər-arvad xəsarət alıb. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakəndə avtomobil dirəyə çırpıldı - Xəsarət alanlar var
Balakəndə minik avtomobili dirəyə çırpılıb, ər-arvad xəsarət alıb.
Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.
Qəzadan sonra sürücü və onun avtomobildə olan həyat yoldaşı L. Məmmədova xəsarət alıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре