https://news.day.az/azerinews/1856165.html Yaşlandıqca yaddaş niyə zəifləyir? Alimlərdən mühüm kəşf Edinburq Universiteti və Britaniya Demensiya Elmi-Tədqiqat İnstitutunun alimləri yaşlandıqca yaddaş və digər idrak qabiliyyətlərinin zəifləməsinin mümkün səbəbini müəyyənləşdiriblər. Day.Az xəbər verir ki, araşdırmaya görə, bu proses beynin sinir liflərini qoruyan mielin qatında baş verən dəyişikliklərlə əlaqəli ola bilər.

Yaşlandıqca yaddaş niyə zəifləyir? Alimlərdən mühüm kəşf

Azərbaycanca, 27 августа 2026 02:09 (UTC +04:00) 133
Yaşlandıqca yaddaş niyə zəifləyir?

Edinburq Universiteti və Britaniya Demensiya Elmi-Tədqiqat İnstitutunun alimləri yaşlandıqca yaddaş və digər idrak qabiliyyətlərinin zəifləməsinin mümkün səbəbini müəyyənləşdiriblər.

Day.Az xəbər verir ki, araşdırmaya görə, bu proses beynin sinir liflərini qoruyan mielin qatında baş verən dəyişikliklərlə əlaqəli ola bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, idrak qabiliyyətləri daha sürətlə zəifləyən insanlarda iri sinir liflərinin sayı və mielinin bütövlüyü daha aşağı olub. Alimlər bu dəyişiklikləri mielin istehsal edən oliqodendrositlərin fəaliyyəti və həmin hüceyrələrdə qoruyucu rol oynayan NRF2 zülalının səviyyəsinin azalması ilə əlaqələndiriblər.

Siçanlar üzərində aparılan təcrübələr də NRF2 aktivliyinin azalmasının mielin və sinir liflərinin strukturuna, eləcə də idrak qabiliyyətlərinə mənfi təsir göstərə biləcəyini ortaya qoyub. Mütəxəssislər hesab edirlər ki, bu mexanizmin öyrənilməsi yaşlanma zamanı beyni qorumaq üçün yeni müalicə üsullarının hazırlanmasına imkan verə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости