Pis yuxu insan beynini qocaldır?
Yuxu zamanı beyin gün ərzində toplanan metabolik tullantılardan, o cümlədən beta-amiloiddən təmizlənir.
Day.Az xəbər verir ki, yuxu azlığı isə kortizolun artmasına və gecə ifraz olunan böyümə hormonunun azalmasına səbəb olur.
Mütəxəssis bildirib ki, yuxusuzluq iştah hormonlarının balansını da poza bilər. Nəticədə insan daha çox acır və şirniyyata meyli artır. Beləliklə, pis yuxu ilə qeyri-sağlam qidalanma bir-birini gücləndirə bilər.
Araşdırmalar pis yuxu keyfiyyəti ilə beynin xronoloji yaşdan daha yaşlı görünməsi arasında əlaqə olduğunu göstərir. Qocalmanın qarşısını almaq mümkün olmasa da, düzgün qidalanma və kifayət qədər yuxu bu prosesin sürətinə təsir edə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре