https://news.day.az/azerinews/1856581.html Amerikalı diplomatlar Yaxın Şərqə qayıtmağa başlayıb Yaxın Şərqdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatına başlanılmasından sonra regionu tərk edən amerikalı diplomatlar artıq Yaxın Şərqdəki ABŞ səfirliklərinə qayıdırlar. Day.Az bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Amerikalı diplomatlar Yaxın Şərqə qayıtmağa başlayıb

Azərbaycanca, 29 августа 2026 10:42 (UTC +04:00) 259
Amerikalı diplomatlar Yaxın Şərqə qayıtmağa başlayıb

Yaxın Şərqdə ABŞ-nin İrana qarşı hərbi əməliyyatına başlanılmasından sonra regionu tərk edən amerikalı diplomatlar artıq Yaxın Şərqdəki ABŞ səfirliklərinə qayıdırlar.

Day.Az bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ Dövlət Departamenti bu həftə əməkdaşlarının Yaxın Şərqdəki fəaliyyətinə dair bəzi məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Bununla belə, agentlik qeyd edir ki, regiondakı əksər ABŞ diplomatik nümayəndəlikləri hələlik tam heyətlə fəaliyyətə qayıtmaq niyyətində deyil.

AP yazır ki, bu tədbirlər Vaşinqtonun İranla münaqişəyə yanaşmasındakı dəyişikliklərlə mütləq əlaqəli deyil. Daha çox bu addım Dövlət Departamentinin diplomatların ezam olunduqları yerlərdən kənarda keçirə biləcəkləri maksiumum müddətlərlə bağlı siyasəti ilə izah olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости