Roza Zərgərli kameraya məhəl qoymayıb soyundu VİDEO

Day.Az представляет новость на азербайджанском языке.


Tanınmış müğənni Roza Zərgərli kanalların birində yayımlanan "Ferma" realiti-şousuna iştirakçı kimi qatılıb. Haylı-küylü şəhər həyatından bezən müğənni Roza Zərgərli birbaşa "Ferma"ya üz tutub.

O, telefonsuz, saatsız, televizorsuz sakit bir həyat yaşamağa üstünlük verib. Artıq o, adi bir iştirakçıdır və verilən tapşırıqlara əməl etməlidir. Roza Zərgərli kompleksiz olduğunu, inək sağacağını, tövlə təmizləyəcəyini bildirib.

Digər iştirakçılar tərəfindən maraq və təəccüblə qarşılanan müğənni onlar üçün çox sürprizlər edəcəyini qeyd edib. İlk sürpriz isə müşahidə kameraları qarşısında soyunmağı olub. Kameralar önündə əynini dəyişən müğənni, ardınca verilən tapşırıqları yerinə yetirməyə başlayıb.

SİA həmin videonu təqdim edir:

Videonu izləmək üçün şəkilə klikləyin.

фото