Firudin Qurbansoy qaranlıqa qərq olacağımızdan danışdı

Day.Az представляет новость на азербайджанском языке.

Bu sözləri, Publika.Az-a açıqlamasında astroloq Firudin Qurbansoy deyib.

Astroloq bunu bilərəkdən insanların məhvinə hesablanmış addım kimi qiymətləndirdi: "Masonlar, buna bənzər təşkilatlar dünya əhalisinin sayının artmasından narahatdır və bunun qarşısını almaq üçün çalışırlar. Bu xəbərlərlə də, silahsız, texnikasız, zəhərsiz insanları asanlıqla öldürə bilirlər. Çünki bu xəbəri eşidən insanlar özlərini, övladlarını düşünüb, ürəkləri partlayır və ölürlər. Ancaq bir az biliyi, savadı olan, astronomiya, riyaziyyatdan başı çıxan insanlar anlayırlar ki, bu xəbərlər gülməli şoudur".

Bəs 21 dekabrda nə baş verəcək?

Yayılan xəbərləri şou kimi qiymətləndirən astroloq planetlərin düzülüşünü inkar etmədi. Amma o, bunun ciddi problemlərə səbəb olmayacağını bildirdi: "Dekabrın 21-də Merkurivə Venera planetləri Yerlə Günəş arasında dayanacaqlar. Bu müddət ərzində yer kürəsində əhəmiyyətli heç nə baş verməyəcək. Ola bilər ki, Veneranın kölgəsi yerin şimal qütbü, Şimali Amerika və Rusiyanın bir sıra ərazilərində hiss olunacaq. Cənub qütbü və Qafqazda isə bu hadisə, ümumiyyətlə, hiss olunmayacaq".

F.Qurbansoy bildirdi ki, Venera Günəşin qarşısında dayansa belə, onun diski Günəşin qarşısını tam ala bilmədiyindən, yerdə tam qaranlıq əmələ gələ bilməz: "Yanlış bir nəzəriyyə irəli sürürlər ki, guya 4-5 gün qaranlıq olacaq. Bununla sadəcə, şamlarını satır və əlavə gəlir əldə edirlər. Qəti əminliklə deyirəm ki, dekabrın 21-də Yer kürəsi qaranlığa qərq olmayacaq. Dünyanın sonunun yaxınlaşması üçün isə planetlərin ardıcıl düzülüşünə ehtiyac yoxdur".

F.Qurbansoy, həmçinin planetlərin düzülüşü baş verərsə, Yerdə ağlagəlməz hadisələrin baş verəcəyini də bildirdi: "Hər 20-30 ildən bir 2-3, bəzən 6-7 planetin ardıcıl düzülüşünü müşahidə edirik. Planetlərin hamısı birlikdə düzülsə, o zaman ciddi problemlər müşahidə oluna bilər. Çünki bu zaman Yerin cazibəsində problemlər yaranar və qabarma, çəkilmələr, zəlzələ, vulkanlar müşahidə oluna bilər. Sonuncu dəfə belə bir hadisə 12-13 il bundan əvvəl baş vermişdi, bu zaman 5 planet bir xətt üzrə düzülmüşdü. Həmin dövrdə də dünyanın sonunun gələcəyi bildirilirdi, amma bu, yaşanmadı. Biz planetlərin hamısının bir yerdə düzüləcəyini görməyəcəyik. Bu hadisə yaxın 100 ildə müşahidə olunmayacaq. Planetlər ardıcıl düzülsə, yer nəinki qaranlığa qərq olacaq, daha dəhşətli, hətta ağlımıza belə gələ bilməyəcək fəlakətlər baş verə bilər".

Sonda, F.Qurbansoy 22 dekabrda bir daha bu mövzuya qayıtmağı məsləhət bildi.