Gənc oğlan beşmərtəbəli binadan atıldı

Day.Az представляет новость на азербайджанском языке

Rusiyalı Aleksandr Çernikov həyatını riskə ataraq yeni rekord vurmaq istəyib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 23 yaşlı rus ekstremal 16 metr yüksəklikdən, binadan aşağı tullanıb.

Olay Rusiyanın Novoaltaysk şəhərində yaşanıb. A. Çernikov bir qədər əvvəl 34 metr yüksəklikdə bir binanın damından digər binanın damına hoppanmışdı.

Aleksandr Çernikov başına GoPro kamerasını bərkidəndən sonra beşmərtəbəli yaşayış binasının damına çıxıb, oradan aşağı, həyətdəki qar topasına atılıb.

Həddən artıq riskli trükda A.Çernikov travma almayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.