https://news.day.az/azerinews/1130423.html Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır

Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır

Azərbaycanca, 19 июня 2019 17:52 (UTC +04:00) 6 619
Messi Neymarı “Barselona”ya qaytarmağa çalışır

"Barselona" klubunun forvardı və kapitanı Lionel Messi braziliyalı futbolçu Neymarın Kataloniya klubuna qayıtmasını istəyir.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "El Mundo" nəşri məlumat yayıb.

Məlumata əsasən, argentinalı hücumçu bu istəyini klubun prezidenti Xosep Mariya Bartomeuya ifadə edib.

"Barselona" klubunun rəhbərliyi hazırda potensial transfer sövdələşməsinin şərtlərini götür-qoy edir.

Neymar hazırda Fransanın PSJ klubunda çıxış edir və klubla yollarını ayıracağı ilə bağlı söz-söhbətlər gedir.

Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-2017-cü illərdə "Barselona"nın şərəfini qoruyub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости