https://news.day.az/azerinews/1148140.html
                    Qızılı zeytun yağının orqanizmə qızıl dəyərində faydaları
                    
                                            
                    
                    
                        
                            
                                
                            
                                                                     
                                
                                
                                    
                                    
                                
                                                                
                            
                            
    
                            
                            
                                
                            
                                
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                        
                    
                                            
                            
                            
                        
                    
                                                                        
                                            
                                                                                                                                                
                                            
                            
                                
                            
                            
                                
                            
                            
                                
                            
                        
                    
                                            
                    
                                    
            Qızılı zeytun yağının orqanizmə qızıl dəyərində faydaları
 
                                
                                Qədim dövrlərdə zeytun yağını " qızıl suyu " adlandırıblar. Bu zeytun yağının insan orqanizminə verdiyi faydalardan dolayı olub.
- Zeytun yağı tərkibində olan turşuluq sayəsində qanda olan pis xolesterinin miqdarını azaldır və mübadilə prosesini sürətləndirir.
- Təmiz zeytun yağı arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir. Mütəmadi olaraq zeytun yağından istifadə edən adamlarda ürək-damar xəstəlikləri riski az olur. Belə adamların qan damarlarının divarları möhkəm və elastik olur.
- Zeytun yağı sümük toxumasını möhkəmləndirir. Bu səbədən də həkimlər uşaqların qidalarının təbii zeytun yağı ilə bişirilməsini tövsiyə edirlər.
- Zeytun yağı görməni yaxşılaşdırır.
- O bütün orqanların tonusunu yüksəltmək qabiliyyətinə malikdir.
- Təbii zeytun yağı sinir sisteminin də möhkəmlənməsinə səbəb olur.
- Təbii zeytun yağı ən gözəl kosmetoloji vasitə sayılır. Tərkibində olan E vitamini sayəsində zeytun yağı dərinin epidermis qatını qocalmadan qoruyur.
- Zeytun yağı mədə və bağırsaqların selikli qişasında qoruyucu təbəqə rolu oynayır. 3-4 ay müddətində acqarına zeytun yağı içmək qastriti və mədənin onikibarmaq yarasını sağaltmaq qabiliyyətinə malikdir.
- Zeytun yağı qaraciyəri toksinlərdən, şlaklardan, sərbəst radikallardan təmizləyir.
- Zeytun yağının ən gözəl xüsusiyyətlərindən biri isə onkoloji xəstəliklərin əmələ gəlmə riskini azaltmasidir. Zeytun yağının tərkibindəki antioksidantlar, turşular hüceyrələrin yenilənməsini təmin edir və orqanizmi şiş toxumalarından qoruyur.
Читать Day.Az в:
                                
                            Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре
