https://news.day.az/azerinews/1174024.html Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanca, 9 ноября 2019 10:49 (UTC +04:00) 1 705
Sürücülük vəsiqələri ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

Nazirlər Kabineti "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, qərarla "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında"ın 1.4-cü bəndi yeni redaksiyada verilib.

Yeni dəyişikliyə əsasən, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Qərarın bundan əvvəlki variantınad qeyd edilmişdi ki, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости