https://news.day.az/azerinews/1195368.html Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO

Kirayəyə veriləcək mənzillərin siyahısı - FOTO

Azərbaycanca, 19 января 2020 17:47 (UTC +04:00) 1 116
Kirayəyə veriləcək mənzillərin siyahısı

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərin qəbuluna 22 yanvar 2020-ci il tarixində başlanılacaq.

Day.Az oxu.az-a istinadən bildirir ki, ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlar açıqlanıb.

İlkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə 331 mənzil veriləcək. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllədə və 25-i Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir.

Müraciətlər "Elektron Hökumət Portalı" (www.e-gov.az) üzərindən Fondun "Elektron ipoteka və kredit zəmanət sistemi" (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçiriləcək.

 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости