Bu ərazilərdə ov etmək qadağandır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli ekoloji idarələrində ov üçün lisenziya verilən zaman vətəndaşlara harada və necə ov etmək olar barədə də məlumatlar verilir.

Bunu Trend TV-yə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib. Onun sözlərinə görə, ovçulara daha çox sərhədyanı zonalarda ov etmək qadağandır:

"Bundan əlavə cəbhə zonası və yaşayış yerlərinə yaxın olan ərazilərdə də ova icazə verilmir".

F.Əliyev qeyd edib ki, yerli ekoloji idarələrdə vətəndaşlara ov limiti barədə də məlumat verilir:

"Hər bir vətəndaş bu şərtlərlə tanış olur. Əlavə olaraq ovçuluq bileti üçün imtahan verən şəxs qırmızı kitaba düşən və ovu qadağan edilən heyvanlar barədə də xəbərdar edilir".