https://news.day.az/azerinews/1365224.html
Karantin qaydalarını pozan otelin icarədarı 4 min manat cərimələndi - VİDEO
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə aparılan yoxlamalar aparılıb.
Karantin qaydalarını pozan otelin icarədarı 4 min manat cərimələndi - VİDEO
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə aparılan yoxlamalar aparılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı rayonun Çuxuryurd kəndi ərazisində yerləşən "Star" oteldə təşkil edilən toy mərasimində məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb.
Aşkarlanan pozuntularla bağlı otelin icarədarı Məqsəd Bağırov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре