ATƏT Minsk qrupunun rusiyalı yeni həmsədri Cənubi Qafqaza səfər edəcək

ATƏT Minsk qrupunun Rusiyadan yeni həmsədri İqor Xovayev Cənubi Qafqaza səfər edəcək.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya ATƏT Minsk qrupu həmsədrlərinin mövcud mandat əsasında Qarabağ tənzimlənməsi üzrə işinin fəallaşdırılmasını dəstəkləyir:

"Həmsədrlər Bakı ilə Yerevan arasında etimadın yüksəldilməsinə kömək göstərə bilər. Minsk qrupunun yeni həmsədri regionu səfər edəcək".