Yağışa görə bu yollarda çətinliklər yaranıb

İntensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaranıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, gücləndirilmiş iş rejimində çalışan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib, qəza ehtimalı yüksək olan yol sahələrində fasiləsiz xidmət aparılıb, yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb.

Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.