CHANGAN MDB ölkələri üçün mətbuat turu təşkil etdi!

Sentyabrın 27-28-də Changan Avtomobilinin Çonqinqdəki baş ofisində media nümayəndələri üçün mətbuat turu təşkil olundu.

Qazaxıstan, Özbəkistan və digər MDB ölkələrindən olan media nümayəndələrinin iştirak etdiyi turda, Changan Azərbaycanda xüsusi yer aldı. Changanın rəsmi  distribütorundan iki nümayəndə, Changan Azərbaycanın brend siması Taleh Yüzbəyov, avtobloger Seyfulla Qasımov və bloger Mehin Oktaylı bu turda iştirak edərək Changan avtomobillərinin innovativ texnologiyaları ilə tanış oldular.

Nümayəndələr tur boyunca Çin avtomobil sənayesinin ən qabaqcıl texnologiyalarını şəxsən təcrübədən keçirərək, öz izləyicilərinə və yerli auditoriyaya bu yenilikləri paylaşmaq imkanı əldə etdilər.

İlk səfərləri Changan Rəqəmsal Kəşfiyyat Fabriki oldu. Bura, tam 5G və AI texnologiyası ilə dünyanın ilk çevik istehsalat fabriki kimi tanınır. Media nümayəndələri fabrikin tam avtomatlaşdırılmış sistemlərini daha yaxından izlədilər.

Mətbuat turunun ikinci dayanacağı Changan Qlobal Ar-Ge Mərkəzi idi, burada nümayəndələr şirkətin laboratoriyaları ilə tanış oldular.

Son dayanacaq Changan Qlobal Test Mərkəzi oldu, burada media nümayəndələri tərəfindən Changan CS75plus, Deepal S07, AVATR 12 kimi avtomobillər sınaqdan keçirildi.

Changan Avtomobili MDB bazarlarında uğurlu fəaliyyətini davam etdirərək, regionda öz mövqeyini daha da gücləndirir. Xüsusilə, Azərbaycanda Changan brendi avtomobil sektorunda böyük uğurlar əldə etmiş və yerli bazarda lider mövqeyə yüksəlmişdir. Azərbaycan bazarına xüsusi diqqət ayıran Changan, yüksək texnologiyalı və innovativ avtomobilləri ilə istifadəçilərin etibarını qazanmağa davam edir.

*5544

changan.az

Əhməd Rəcəbli 40B