Azərbaycana idxal edilən minik avtomobillərınin sayı azaldı

Ölkəyə minik avtomobillərinin idxalı azalıb.

Day.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yeddi ayda minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı əvvəlki illərlə müqayisədə 12.6 faiz azalaraq 46 017 ədəd təşkil edib.

Avtomobil satışı ilə məşğul olan Sərxan Qədirov deyir ki, ilin əvvəlindən maşın bazarında yaranan durğunluq xaricdən gətirilən avtomobillərin sayına da təsir edib:

"Bazardakı durğunluğa baxmayaraq, bəzi minik avtomobillərinin qiymətində artım var".

Daha ətraflı "Xəzər xəbər"in süjetində: