https://news.day.az/azerinews/1715381.html Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi Sumqayıtda yaşayış binasında yanğın olub. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan üçotaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb.

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Azərbaycanca, 14 декабря 2024 16:59 (UTC +04:00) 987
Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıtda yaşayış binasında yanğın olub.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan üçotaqlı mənzilin yataq otağında 6 m² sahədə ev əşyaları yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən binanın altı sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости